Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Qırğızıstana gedəcək

Putin Qırğızıstana gedəcək


Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfər edəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. O bildirib ki, Rusiya Prezidenti Qırğızıstanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin zirvəm görüşündə iştirak etmək niyyətindədir.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) liderləri 31 avqust - 1 sentyabr tarixlərində Bişkekdə toplaşacaqlar. Bundan əlavə , 31 avqust - 6 sentyabr tarixlərində ölkə 6-cı Dünya Köçəri Oyunları (DKO) keçiriləcək. Tədbirin açılış mərasiminə dünyanın aparıcı ölkələrinin rəhbərləri də dəvət olunub.

Anar
Xəbəri paylaş