
"Ümid edirik ki, Ermənistandakı proseslər qanuna ciddi şəkildə əməl etməklə uyğun formada davam edəcək. Bütün iştirakçıların hüquqlarına hörmət ediləcəyinə əminik".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunları Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistandakı daxili siyasi hadisələrindən danışarkən deyib.
"Hazırda Ermənistandakı daxili siyasi hadisələrlə bağlı şərh vermək istəməzdim.
Orada çox mürəkkəb proseslər gedir. Yalnız ümid edə bilərəm ki, baş verən hər şey qanuna ciddi şəkildə uyğun olaraq həyata keçiriləcək. Eyni zamanda respublikadakı siyasi prosesin bütün iştirakçılarının hüquqlarına hörmət ediləcək", - deyə o, bildirib.
Qeyd edək ki, ötən gün Ermənistan Milli Təhlükəsizlik Komitəsi sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı saxlayıb. Onlar korrupsiya və rüşvətxorluqda ittiham edilirlər.
Anar











































