
1 oktyabr 2026-cı il tarixindən etibarən Almatı-Daşkənd marşrutu üzrə hərəkət edən beynəlxalq qatarın bir hissəsi olaraq "Qadın Vaqonu" istifadəyə veriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın "Sərnişin Daşınması" şirkətinin mətbuat xidməti məlumat verib.
Şirkətdən verilən məlumata görə, Qazaxıstanda daxili marşrutlarda fəaliyyət göstərən bu xidmət ilk dəfə olaraq beynəlxalq marşrutlarda tətbiq olunur.
"Qadın Vaqonu"na biletlər yalnız qadınlara satılır. Yeddi yaşdan kiçik oğlanlar da onlarla səyahət edə bilərlər. Vaqondakı sərnişinlərə yalnız qadın konduktorlar xidmət göstərəcək.
Qazaxıstanın milli dəmir yolu daşıyıcısı bildirib ki, bu cür vaqonlara tələbat yüksəkdir. Xidmətin istifadəyə verilməsindən bəri ölkədə daxili marşrutlarda 946 mindən çox sərnişin ondan istifadə edib. Almatı-Daşkənd marşrutunun əlavə edilməsi ilə mövcud "Qadın Vaqonu" marşrutlarının sayı 14-ə çatacaq.
Süleyman












































