Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zorakılığa məruz qalan uşaqlara pulsuz hüquqi yardım göstəriləcək

Zorakılığa məruz qalan uşaqlara pulsuz hüquqi yardım göstəriləcək


Özbəkistanda zorakılığa məruz qalan və ya şahid olan uşaqlara prosessual hərəkətlərə cəlb edildiyi andan etibarən dövlət hesabına hüquqi yardım göstəriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb. Bildirilib ki, bu, 1 sentyabrdan Özbəkistanda qüvvəyə minəcək bir sıra dəyişikliklərdən sonra tətbiq olunacaq. Qurbanın ilkin ifadəsi məcburi olaraq videoya çəkiləcək.

Dəyişikliklərə əsasən, xüsusi təhsil ehtiyacları olan uşaqlarla ailə şəklində işlənəcək. Belə ki, sosial işçilər valideynlərə uşağın təhsil və sosial xidmətlərə cəlb edilməsində praktik kömək göstərəcəklər. Uşağın bu xidmətlərdən istifadəsi daim izləniləcək.

Həmçinin, 1 sentyabrdan vahid palliativ və hospis qayğı sistemi işə salınacaq. Palliativ qayğıya ehtiyacı olan xəstələrin müəyyən edilməsi, yönləndirilməsi, qeydiyyatı və onlara xidmət göstərilməsi prosesləri (ciddi və sağalmaz xəstəlikləri olan xəstələrin ağrılarının azaldılmasına və həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş dəstək) vahid elektron sistem vasitəsilə həyata keçiriləcək.

Süleyman
Xəbəri paylaş