
"Ərzaq, enerji və sosial sektorlarda sabitlik, eləcə də iqtisadi inkişaf birbaşa sudan asılıdır. Lakin qlobal su ehtiyatlarının idarə edilməsi sistemi hələ tam formalaşmayıb. BMT-nin onlarla strukturu su məsələləri ilə məşğul olur. Lakin geniş səlahiyyətlərə malik vahid hökumətlərarası universal təşkilat yaradılmayıb. Buna görə də Qazaxıstan BMT çərçivəsində Beynəlxalq Su Təşkilatının yaradılmasını təklif edib".
Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının i"ŞƏT Plus" formatında davam edən iclasında çıxışı zamanı deyib. Tokayev su təhlükəsizliyini dünya gündəmindəki aktual məsələlərdən biri adlandırıb:
"ŞƏT Su Təhlili Mərkəzi regional səviyyədə bu qlobal təşəbbüsü tamamlaya bilər. İnanıram ki, üzv dövlətlər BMT çərçivəsində Beynəlxalq Su Təşkilatı və ŞƏT Su Təhlili Mərkəzinin yaradılması təklifimi dəstəkləyəcəklər".
Süleyman












































