Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Paşinyanla görüşdü

Putin Paşinyanla görüşdü


Şanxay Əməkdaşlıq Təşkilatının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, bu, Putin və Paşinyan arasında Ermənistan seçkilərindən bəri ilk görüşdür. Prezident və baş nazir arasında əvvəlki görüş 2026-cı ilin aprelində baş tutub.

Rusiya tərəfindən görüşdə xarici işlər naziri Sergey Lavrov, Prezident Administrasiyasının rəhbərinin müavini Maksim Oreşkin, Baş nazirin müavini Aleksey Overçuk, Prezidentin mətbuat katibi Dmitri Peskov, Prezidentin köməkçisi Yuri Uşakov, nəqliyyat naziri Andrey Nikitin, energetika naziri Sergey Tsivilev, Rosselxoznadzor rəhbəri Sergey Dankvert, Rusiya Dəmir Yolları rəhbəri Oleq Belozyorov və Rosatom rəhbəri Aleksey Lixaçev iştirak ediblər.

Rusiya lideri bundan əvvəl ŞƏT Dövlət Başçıları Şurasının iclasında, eləcə də ŞƏT+ formatında keçirilən görüşdə iştirak edib və bir sıra ikitərəfli görüşlər keçirib.

Anar
Xəbəri paylaş