Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyalı turist muzeydən Venedikt Yerofeyevə məxsus qaşıq oğurlayıb

Rusiyalı turist muzeydən Venedikt Yerofeyevə məxsus qaşıq oğurlayıb


Rusiyanın Vladimir şəhərində muzey eksponatını oğurlamaqda şübhəli bilinən Nijni Novqoroddan olan turistə qarşı cinayət işi açılıb.

Newscenter.az İnterfaksa-a istinadən bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, Nijni Novqoroddan olan turist ev kolleksiyasını qeyri-adi şəkildə genişləndirmək qərarına gəlib. Muzeyə baş çəkərkən o, eksponatı sakitcə çıxarıb. Bu, Venedikt Yerofeyevə məxsus qaşıq olub.

Oğurluq edən rusiyalı turist Yerofeyevin onun ən sevdiyi yazıçı olduğunu bildirib.

Oğurlanmış eksponat müsadirə edilib və muzeyə qaytarılacaq.

Anar
Xəbəri paylaş