Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Japarov kadr islahatları həyata keçirib

Japarov kadr islahatları həyata keçirib


Qırğızıstan Prezidenti Sadir Japarov kadr islahatları həyata keçirib.

Newscenter.az Qırğızıstan Prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, dövlət başçısının sərəncamı ilə Almaz Ayılçıyev başqa işə keçməsi ilə əlaqədar Prezident və Nazirlər Kabinetinin Hüquqi Təminat Departamentinin müdir müavini - Hüquqi Təminat Departamentinin müdiri vəzifəsindən azad edilib. Ona ədliyyə nazirinin vəzifəsini icrası həvalə edilib.

Japarov Bakıt Nurudinovu Prezident və Nazirlər Kabinetinin Hüquqi Təminat Departamentinin müdir müavini - Hüquqi Təminat Departamentinin müdiri təyin edib.
Almaz Ayılçıyevin Qırğızıstan Respublikasının ədliyyə naziri vəzifəsinə təyin edilməsi üçün onun namizədliyi təsdiq üçün Qırğızıstan Respublikasının Joqorku Keneşinə təqdim ediləcək.

Ədliyyə naziri Ayaz Baetov isə prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub.

Süleyman
Xəbəri paylaş