
"Ölkəmizin güclənməsindən və bölgədə sülh, sabitlik yaratmaq səylərindən narahat olanlar bizi yolumuzdan çəkindirə bilməzlər. Yaşadığımız çətin coğrafiyada müstəqil və çiçəklənən bir dövlət olaraq yolumuza davam etmək istəyirik. Heç vaxt heç kimin buna mane olmasına icazə verməyəcəyik".
Newscenter.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, keçmişi olmayanların gələcəyi yoxdur:
"Biz inkarçı yanaşmanı qəbul etmirik. Səlcuqlu və Osmanlı imperiyalarını görməzdən gələn tarixi oxunuşları xoş niyyətli hesab etmirik.
Heç kimin bu torpaqlarda əməliyyatlar aparmasına icazə verməyəcəyik. Bölgəmizdə ölkəmizi mühasirəyə almağa yönəlmiş niyyətləri kənardan izləyib kənarda dayanmayacağıq. Türkiyə, kimin törətməsindən asılı olmayaraq, hər bir ədalətsizliyə qarşıdır və belə də olacaq. Heç kimə qarşı heç bir düşmənçilik bəsləmirik. Əksinə, biz sabit bir dövlət olaraq yolumuza davam etmək istəyirik. Heç vaxt heç kimin buna mane olmasına icazə verməyəcəyik".
Türkiyə lideri əminliklə bildirib ki, heç kimin tarixin gedişatını dəyişdirmək gücü yoxdur.
Süleyman












































