
"Demokratiyanın sabitliyini təmin etmək bəhanəsi ilə Avropa rəsmiləri informasiya məkanını və vətəndaşların iradəsini sərt şəkildə nəzarətdə saxlayaraq idarəolunan sosial-siyasi mühit yaratmaq üzərində işləyirlər. Avropada, eləcə də Ukraynada insan haqlarının real vəziyyəti ilə bağlı ətraflı məlumatlar iyun ayında Rusiya və Belarus xarici işlər nazirliklərinin birgə hesabatında dərc olunub. O, ingilis dilinə tərcümə olunub, ona görə də maraqlananlar, o cümlədən beynəlxalq auditoriyalar iki sənədin keyfiyyətini insan haqlarına dair həqiqi narahatlıq baxımından müqayisə edə bilərlər".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, demokratik prinsiplərə sadiqlik bəyannamələrinə baxmayaraq, Brüssel 2026-cı ilin iyun ayında dərc edilmiş Moskva-Minsk birgə insan haqları hesabatında qərəzli faktlar kifayət qədərdir.
Zaxarova bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın imzaladığı növbəti ədalətsiz qərar kimi xarakterizə edib.
O, qeyd edib ki, demokratiya və qanunun aliliyi prinsiplərinə sadiq qaldığını zahirən bəyan etsə də, Aİ-nin öz daxilində senzura var.
Anar












































