
Ukraynanın "Patriot" raket ehtiyatları tamamilə tükənib.
Newscenter-az xəbər verir ki, bu barədə "The Economist" jurnalı yazıb.
Dərginin məlumatına görə, Ukrayna demək olar ki, bütün "Patriot" raketlərini istifadə edib və qısamüddətli həll yolu yoxdur.
Məqalədə bildirilir ki, ABŞ-ın İrana qarşı müharibəsi nəticəsində Amerikanın "Patriot" raketləri ehtiyatları tükənib və Kiyevin tərəfdaşlarından heç biri, demək olar ki, bərpa perspektivləri olmadığı halda, raketlərini təhvil vermək istəmir.
Nəşr qeyd edir ki, bəzi ümidverici məqamlar var, lakin onların heç biri Ukraynanın qısa müddətdə yardım almasına imkan verməyəcək.
"The Economist" yazır ki, Ukraynanın 2026-cı ilin sonuna qədər Aster raketləri ilə yanaşı, Fransa-İtaliya SAMP/T hava hücumundan müdafiə raket sisteminin iki köhnə batareyası və 2027-ci ildə səkkiz yeni SAMP/T NG raketi alması planlaşdırılır. Nəşr Kiyevin "Aster" raketlərini daxili istehsal üçün lisenziya ala biləcəyi ehtimalını istisna etmir, lakin bu, vaxt aparacaq.
Kiyev daim Qərbin hərbi yardımını artırmaqda israr edir. Moskva dəfələrlə vurğulayıb ki, Qərbin Kiyevə silah göndərməsi və Ukrayna qoşunlarının təliminə kömək etməsi yalnız münaqişəni uzadır və döyüş meydanındakı vəziyyəti dəyişdirmir.
Anar











































