
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən zirvə görüşündən xeyli müddət keçsə də, lakin hələ də görüşün detalları, orada müzakirə edilən məsələlər və liderlərin diqqət çəkən çıxışları barədə Rusiya mediasında silsilə yazılar dərc edilir.
Newscenter.az xəbər verir ki, pravda.ru ŞƏT-in Bişkek zirvə görüşü barədə bu dəfəki yazısında Azərbaycan Respubliikasının Prezidenti İlham Əliyevin "ŞƏT+" çərçivəsində keçirilən iclasdakı çıxışına geniş yer ayırıb. Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı daha bir fundamental məsələni qaldırdı. Bu da beynəlxalq təşkilatların öz qərarlarını həyata keçirmək qabiliyyəti ilə bağlı idi:
"Azərbaycan Prezidenti, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinin onilliklər ərzində yerinə yetirilmədiyini xatırlatdı. O, BMT-nin həmin qərarların həyata keçirilməsində heç bir praktik rol oynamadığını və Azərbaycanın ərazi bütövlüyünü təkbaşına bərpa etməli olduğunu bildirdi".

Yazıda daha sonra qeyd edilir ki, İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müəyyən müddət ərzində yerinə yetirilməsini təmin etmək üçün mexanizm hazırlamağı təklif etdi:
"Bu çıxış müasir beynəlxalq sistemin əsas problemlərindən birinə toxundu".
Süleyman











































