Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bürhanəddin Duran: Türk dünyasının gələcəyi keçmişimizdən və sabaha baxışımızdan asılıdır

Bürhanəddin Duran: Türk dünyasının gələcəyi keçmişimizdən və sabaha baxışımızdan asılıdır


Bürhanəddin Duran: Türk dünyasının gələcəyi keçmişimizdən və sabaha baxışımızdan asılıdır
Türk dünyasının gələcəyi xalqların bir-birinə bağlı köklü keçmişindən və sabaha baxışından asılıdır.

Newscenter-az məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran Türkiyə Prezident Administrasiyasının Kommunukasiya İdarəsi tərəfindən Bakıda keçirilən "Türk dünyası dialoqları: ortaq gələcək, ortaq vizyon" adlı paneldə videomüraciət zamanı deyib.

O bildirib ki, hazırda dünyada bir çox təhdidlər mövcuddur və bu kontekstdə Türk dövlətlərinin birlikdə addımlar atması zərurudir. Türk Dövlətləri Təşkilatı (TDT) bu baxımdan olduqca əhəmiyyətli bir təşkilatdır.

B.Duran dezinformasiya və digər təhdid səpkili məsələlərlə mübarizə baxımından media və kommunikasiya sahəsində Türk dövlətləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

O bu il Türkiyədə keçirləcək TDT Zirvə Görüşünə və onun əhəmiyyətinə də toxunub: "Biz regional və beynəlxalq münaqişələrdə faydalı olmağa, o problemləri çözməyə çalışmaqda davam edəcəyik".
Xəbəri paylaş