
"İrəvan şəhəri Varşavyan küçəsi 15 ünvanında 44 günlük müharibədə, həm də Azərbaycan ərazisində məhv edilən və ölümündən sonra "Sarsax qəhrəmanı" adı verilən Albert Ovannisyanın ev-muzeyinin açılması Ermənistan tərəfindən Azərbaycana qarşı müharibənin və bu müharibədə iştirak edənlərin təbliğ edilməsi məqsədi daşıyır".
Newscenter.az xəbər verir ki, bunları hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, artilleriya bölməsində və on xətdən bir neçə kilometr arxada xidmət edən A.Ovannisyan müharibənin ilk günlərindən məhv edilib:
"Əslində onun müharibənin gedişatına təsir edə biləcək heç bir fəaliyyəti olmayıb. Sıradan bir işğalçı idi, sadəcə Ermənistan müdafiə nazirliyinin müxbirləri müharibənin ilk günlərində Qarabağakı döyüş zonasına getməkdən qorxduqları üçün arxada yerləşən bölmələrdən birində Albertin uğursuz şəklini çəkib ordunu, işğalı və bu işğalın iştirakçılarını təbliğ edirdilər. Amma bu Albertin ilk və son şəkli oldu. Onun şəkli paylaşılandan cəmi bir gün sonra Azərbaycan Əsgəri Albertin yerini müəyyən edərək onu cəhənnəmə göndərdi".

Ədalət Verdiyev deyib ki, indi isə Ermənistan rəhbərliyi bədbəxt etdiyi Albert üçün muzey açmaqla onu təkrar qəhrəmanlaşdırmağa çalışır:
"Əgər Ermənistan rəhbərliyi Azərbaycan ilə sülh əldə etməkdə maraqlıdırsa, belə düşük və mənasız addımlar ilə Azərbaycana qarşı təbliğat vasitələrindən əl çəkməlidir. Bizi qıcıqlandırmaq olmaz, bu çox təhlükəlidir və bunu hamıdan yaxşı adı çəkilən muzeyin açılışına icazə verən Nikol Pashinyan hamıdan yaxşı bilir.
Digər maraqlı məqam odur ki, Azərbaycanda kimsə Ermənistanın bir ildir ki, davam edən bu təxribatlarına cavab vermək istəmir. Media da bu barədə kəlmə işləmir. Sanki kimsə bu faktları görmək istəmir. İctimai şəxslər, müstəqil mütəxəssislər və vətəndaşlar bu məsələlərə laqeyd qalmalı deyil. Əks halda sabah başqa erməni qatilləri də Ermənistan qəhrəmənlaşdıracaq".
Süleyman












































