
Rusiya və Çin beynəlxalq ehtiyatlarındakı dollar aktivlərinin miqdarını azaldan əsas ölkələrə çevrilib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent deyib. Onun sözlərinə görə, qlobal əməliyyatların dollarla payı bu il artıb:
"Bu tendensiya fonunda müşahidə etdiyimiz yeganə şey, əsasən Rusiya və Çinin hesabına ehtiyatlarda dollar aktivlərinin payının azalmasıdır".
Bessent bildirib ki, Rusiya və Çində ehtiyat fondlarının azalmasına baxmayaraq, digər ölkələr Amerika aktivlərinə güclü tələbat nümayiş etdirir.
Sübut olaraq, o, ABŞ Xəzinədarlıq istiqrazlarının son hərraclarının nəticələrinə istinad etdi. Bessent bildirib ki, son 20 ildə ən uğurlu iki Xəzinədarlıq istiqrazı hərracı keçirilib. Bu da ABŞ-a olan qlobal etimadı göstərir.
Anar











































