Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vidadi İsayev Ramiz Mehdiyevin etibarlı kadrlarından biri olub?

Vidadi İsayev Ramiz Mehdiyevin etibarlı kadrlarından biri olub?


Sentyabrın 15-də xəbər yayıldı ki, Yardımlı rayon icra başçısı Ayaz Əsgərov vəzifəsindən azad edilib. Səbəb qanunsuzluğa yol verilməsidir. Bura qədər xub!

Sonra məlum olub ki, hüquq-mühafizə orqanları rayonda antikorrupsiya əməliyyatı keçiriblər. Nəticədə icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazov həbs olunublar.

Onlar qanunsuz torpaq satışında şübhəli bilinirlər. E.Mirzəyev və Y.Eyvazova qarşı vəzifədən sui-istifadə və korrupsiya ittihamları irəli sürülüb. Bütün bunlar yerindədir, düzgündür, Yardımlı ictimaiyyəti alqışlayır!

Amma və lakin qanunsuz torpaq, ərazi satışı, səkilərin pay-püş edilməsi və s. təkcə bir rayonda deyil, Ayaz Əsgərovdan da betər məmurlar var.

Məsələn, Bərdənin icra başçısı Vidadi İsayevi xüsusi qeyd etmək olar. 2011-ci ildən rayona rəhbərlik edən Vidadi İsayev 15 ildir ki, Bərdəni talayır. Bu illər ərzində onlarla məmur həbs olunub, işdən azad edilib, Vidadi İsayevin də vəzifədən kənarlaşdırılmasına əsas yaradan faktlar təqdim edilib, lakin öz postunda qalmaqdadır.

Bərdə sakinləri isə Yardımlı camaatı kimi onlara da müjdə veriləcəyi günü gözləyirlər. Düz 15 ildir ki, Bərdədə ağalıq edən Vidadi İsayevin pislik etmədiyi adam qalmayıb – şəhid ailəsindən tutmuş qaziyə, sahibkardan sadə insana, xadiməçilik edəndən ta veterana qədər…

Hətta bu günlərdə “JEK” işçisi olmuş Bərdə sakini Sevinc Hüseynovanın qandonduran müraciəti yayımlanmışdı. Məlum olmuşdu ki, icra başçısı ondan şikayət edən qadını tutdurub, indi də iş tapmasına imkan vermir, qisas alır.

Yəni Bərdə şəhərində hökmranlıq edən Vidadi İsayevin əməlləri saysız-hesabsızdır, narazılıq da illərdir ki, pik həddə çatmaqdadır. Üstəlik, onun da Yardımlının keçmiş icra başçısı kimi torpaq, səki, harada boş yer gördü satması kütləvi hal alıb. Az qala Bərdədə barmaq qoymağa yer qalmayıb. Bu baxımdan, Vidadi İsayev Bərdəni satışa çıxarıb. Yəni Ayaz Əsgərov kimi onun da vaxtı çatıb…

Zamanında yerli KİV-də yayılan informasiyalarda belə qeyd olunurdu ki, keçmiş PA rəhbəri Ramiz Mehdiyevin ən etibarlı kadrlarından olan Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev hələ illər əvvəlindən tədbirini görüb. Və bunun nəticəsidir ki, bu gün Vidadi İsayev xaricdə ən böyük biznes və mülklərə sahib olan oliqarx məmurların sırasında ilk yerlərdən birini tutur.

Ona görə də yerli sakinlər hüquq-mühafizə orqanlarının Bərdə RİH-də araşdırmalar aparmasını gözləyirlər. Nəticədə ciddi qanun pozuntuları, maliyyə maxinasiyaları, torpaq satışı və s. sübutlar üzə çıxa bilər. Sakinlər xahiş edirlər ki, Vidadi İsayevin fəaliyyəti araşdırılsın. Onun varidatı da ortaya çıxacaq, qanunsuz əmrləri də. Ümumiyyətlə, 15 il bir vəzifədə olan məmurun şəffaf xidmət göstərməsi inandırıcı deyil. Odur ki, mediada İsayevə məxsus əmlakların siyahısı onun 15 illik fəaliyyətinin nəticəsini təqdim edir.
Vidadi İsayevin paytaxtın müxtəlif yerlərində mənzilləri, obyektləri var. Bahalı avtomobillər, kafelər, retoranlar da öz yerində. Vidadi İsayev bölgələrdə də əzəmətli imarətlər, mağazalar tikdirib. Onun ölkədən kənarda – Rusiyada, Türkiyədə biznesi var:

Bakı, A. Bakıxanov, ev 39 ünvanında xidməti mənzil

H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 xidməti mənzil

Şərq küç, ev 11B ünvanında xidməti mənzil

Oğluna 100.000 manatlıq çayxana

Kürəkəninə Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükan

"Ana və Uşaq” kafesi

"Təchizat BCS” MMC şirkəti

Bərdədə ikimərtəbəli mağaza

Mixaylovka kəndində bir imarət

Ağcakənddə ikinci böyük villa

Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə

90-GP-555 dövlət nişanlı Toyota Prado

90 GP 555 - Azərbaycan avtomobilləri - AUTO.AZ

Mercedes G63 AMG

Bərdədə Heydər Əliyev parkında kafe

Yevlaxda əzəmətli villa

Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri

Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər

Rusiyada, Türkiyədə biznes və obyektlər

Vidadi İsayev yaxın adamlarını da yaddan çıxarmayıb. İddiaya görə, oğlu, kürəkəni onun sayəsində Bakıda obyekt işlədir. Yəni Bərdə əhalisinə hər şey aydındır, aydın olmayan isə..

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Anaxeber.info.az
Xəbəri paylaş