
Şair-publisist Yusif Nazim Ərəbsoy Qazaxıstan Respublikasının "Dostluq" radio proqramının onlayn qonağı olub.
Newscenter-az xəbər verir ki, şair radio proqramın dinləyiciləri üçün şeirlərini səsləndirib. Onun səsləndirdiyi şeirlər arasında "Zəfər simvolu", "Nağıl şeiri", "Təlatüm", "Küləyin yuxusu", "Barlı Ömür", "Gözünə dəymir", "Heç nə", "Səni yada salmıram" və s. vətənpərvər, fəlsəfi və sevgi mövzusunda yazdığı şeirləri yer alıb.
Qeyd edək ki, Yusif Nazim Ərəbsoy AYB-nin və DGTYB İH-nin üzvü, prezident təqaüdçüsüdür.
Anar









































