Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yekun sülh sazişinin cari ilin sonunadək imzalanması mümkün görünmür

Yekun sülh sazişinin cari ilin sonunadək  imzalanması mümkün görünmür


"Ermənistan-Azərbaycan arasında yekun sülh sazişinin cari ilin sonunadək imzalanması mümkün görünmür. Baxmayaraq ki, Ermənistan hakimiyyəti sülh gündəliyinə sadiqliyini bəyan edir və ümidverici fikirlər səsləndirir, ancaq konkret, real addımlar hələ ki, ortada yoxdur".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, son dövrlər isə Ermənistanda revanşistlərin fəallaşması açıqca hiss edilməkdədir:

"Son parlament seçkilərindən çıxan nəticə ondan ibarət oldu ki, erməni cəmiyyəti sülhə tam hazır deyil. Paşinyan hakimiyyəti isə sülhə xələl gətirəcək və əngəl olacaq halların qarşısını almır. 11-12 sentyabrda prezidentin köməkçisi Hikmət Hacıyevin müşayəti ilə Azərbaycanda fəaliyyət göstərən dipkorpus nümayəndələrinin işğaldan azad olunmuş bölgələrə səfəri və maddi-mədıni abidələrlə və tikinti quruculuq işləri ilə tanışlığı, habelə erməni saxtakarlığının əyani sübutlarla ifşasından sonra Ermənistan cəmiyyətindəki ajiotaj və isterika bir daha göstərdi ki, sülh və ya münasibətlərin formalaşmasına hələ xeyli məsafə var".

Əli Orucov qeyd edib ki, Paşinyan iqtidarı da sülh doğru yetərincə fəaliyyətlərini ya qura bilmir ya da qurmaq istəmir:

"Ona görə də hesab edirəm Bakı İrəvan qarşısında dəqiq son tarix qoymalıdır. Sülh prosesinin Ermənistan tərəfindən süni şəkildə uzadılması onların təmiz niyyətlərdın irəli gəlmir".

Süleyman
Xəbəri paylaş