
"Biz nadir torpaq mineralları üçün regional investisiya alyansının yaradılmasını təklif edirik. Bu təşəbbüs, geoloji kəşfiyyat və hasilatdan tutmuş xammalın dərin emalına və yüksək əlavə dəyərli məhsulların istehsalına qədər istehsalın bütün mərhələlərini əhatə edəcək regionda böyük sənaye klasterlərinin yaradılmasına yönəlib".
Newscenter.az xəbər verir ki, bunları Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Cənubi Koreya-Mərkəzi Asiya zirvə görüşündə çıxışı zamanı deyib. O bildirib ki, Mərkəzi Asiya ilə Cənubi Koreya arasında nadir torpaq mineralları sahəsində əməkdaşlıqda yeni bir səhifə açıla bilər:
"Bu istiqamət Mərkəzi Asiya və Koreya arasında strateji maraqların unikal birləşməsini yaradır. Bu qiymətli xammala sürətlə artan tələbat və Mərkəzi Asiyada onun böyük ehtiyatları nəzərə alınmaqla, region dünya bazarında aparıcı təchizatçılardan birinə çevrilmək potensialına malikdir. Koreyanın qabaqcıl texnologiyaları və kapitalı bu baxımdan həlledici rol oynaya bilər".
Süleyman












































