Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan doğurdan da sülh istəyirsə, o halda revanşistlərin qarşısını almalıdır

Paşinyan doğurdan da sülh istəyirsə, o halda revanşistlərin qarşısını almalıdır


"Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən addımların atıldığı bir ərəfədə Ermənistanda revanşistlərin yenidən baş qaldırması və proseslərə mane olmaq cəhdləri Paşinyan iqtidarının bacarıqsızlığının, ölkə daxili proseslərə nəzarət edə bilməməsinin göstəricisidir. Yaxud, Paşinyanın özü bu proseslərin pərdəarxası oyunçusudur".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan doğurdan da sülh istəyirsə, o halda revanşistlərin qarşısını almalıdır:

"Son günlər Ermənistanda 44 günlük müharibə zamanı Azərbaycana qarşı işğalçılıq siyasətində iştirakçı olmuş erməni hərbiçilərin adlarının əbədiləşdirilməsi, onların adına küçə verilməsi və barelyeflərinin qoyulması onu deməyə əsas verir ki, bu oyunların pərdəarxası oyunçusu elə Paşinyan özüdür. Əks təqdirdə onun hökuməti işğalçılıq əməllərində iştirak etmiş bir şəxsin əbədiləşdirilməsinə icazə verməzdi".

Arzuman Muradlı bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi ilə ölkəmizdə akkreditə olunmuş diplomatların Qarabağ və Şərqi Zəngəzura səfər etməsinə erməni cəmiyyətində ciddi etirazın bildirilməsini də revaşizm cəhdləri kimi qiymətləndirib. Onun sözlərinə görə, bütün bu mənasız hərəkətlər sülh prosesinə mane olur:

"Diplomatlar Azərbaycanın suveren və BMT tərəfindən tanınan ərazilərinə səfər ediblər. Bu səfərə bir kimsənin etiraz etməyə haqqı yoxdur. Yaxşı olardı ki, Ermənistan dövləti və xalqı yaranmış fürsətdən səmərəli istifadə edib Azərbaycanla sülh müqaviləsinin imzalanmasını sürətləndirsin. Çünki Ermənistanın xilas yolu yalnız Azərbaycanla sülh müqaviləsini imzalayıb normal qonşuluq münasibətləri qurmasından keçir".

Süleyman
Xəbəri paylaş