Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli-mənəvi, islami dəyərlərin qorunması naminə birlik mesajı

Milli-mənəvi, islami dəyərlərin qorunması naminə birlik mesajı


"15 sentyabr 2026-cı il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərini, TDT Baş katibini və Şeyx Seyyid Yəhya Bakuviyə həsr olunmuş Birinci Beynəlxalq Elmi-Praktiki Konfransın iştirakçılarını qəbul edib.

Paytaxtımızda baş tutan görüş zamanı dövlət başçısı qonaqları salamlayaraq Türk ölkələri arasında qardaşlıq, birlik və həmrəyliyin artırılmasında, eləcə də sülh və ədalət kimi ali İslam dəyərlərinin cəmiyyətə çatdırılmasında Şuranın fəaliyyətini yüksək qiymətləndirib. Eyni zamanda, ölkəmizin regionda əməkdaşlığın genişlənməsinə, eləcə də Türk və İslam dünyasının ümumi tərəqqisinə xidmət edən bütün layihələrə daim önəm verdiyi və dəstəklədiyi diqqətə çatdırılıb".

Newscenter.az xəbər verir ki, bunları YAP Yevlax rayon təşkilatının fəalı Zülfiyyə Bayramlı deyib. Onun sözlərinə görə, tədbirdə çıxış edən ölkə başçısı qeyd edib ki, nümayəndə heyətlərinin Bakı səfəri və tədbirlərdə birgə təmsil olunması həm bölgəyə, həm də bütün dünyaya olduqca mühüm və qəti mesajlar ünvanlayır:

"Prezident qonaqların Qarabağa səfər edəcəyini, Ağdam, Xankəndi, Xocalı və Şuşa şəhərlərində olacaqlarını bildirərək, bu səfərin onlar üçün çox əlamətdar keçəcəyinə əminliyini ifadə edib. Otuz illik işğal dövründə torpaqlarımızın viran qoyulduğunu, xalqımıza qarşı etnik təmizləmə və hərbi cinayətlər, o cümlədən qanlı Xocalı soyqırımının törədildiyini diqqətə çatdıran dövlət başçısı artıq Xocalıda Memorial Kompleksin də yaradıldığını xatırladıb. Qarabağ və Şərqi Zəngəzurda hər yerin yerlə-yeksan edildiyini, bir milyona yaxın soydaşımızın Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində yurd-yuvasından didərgin salındığını vurğulayan Prezident İlham Əliyev otuzillik danışıqların nəticəsiz qalmasının səbəbini Ermənistanın işğalçı mövqeyi və bəzi böyük dövlətlərin bu siyasəti dəstəkləyərək işğalı əbədiləşdirməyə çalışması ilə əlaqələndirib".

Hakim partiya fəalı qeyd edib ki, tədbir çərçivəsində Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvləri tərəfindən imzalanmış xüsusi məktub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub:

"Təqdim olunan sənəddə dövlət başçısına Şuranın fəaliyyətinə göstərdiyi yüksək diqqət, qayğı və hərtərəfli dəstəyə görə dərin minnətdarlıq ifadə edilib. Eyni zamanda, məktubda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi olan ölkələrin müsəlman dini qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin artırılması və ümumi həmrəyliyin möhkəmləndirilməsi istiqamətində qətiyyətli əzm bir daha vurğulanıb".

Süleyman
Xəbəri paylaş