Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATUİAB fəaliyyət dairəsini genişləndirir

ATUİAB fəaliyyət dairəsini genişləndirir


Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi (ATUİAB) fəaliyyət dairəsini genişləndirir. İndi artıq ATUİAB təkcə Azərbaycan, Türkiyə, Özbəkistan və Orta Asiya respublikaları ilə deyil, eləcə digər ölkələrdəki iş adamları ilə əlaqələr quraraq qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir.

Bu barədə Newscenter.az-a məlumat verən ATUAİB-ın sədri Ruslan İmanzadə deyib ki, artıq Gürcüstanın müəyyən biznes dairələri ilə də əlaqələr qurulur, əməkdaşlıq inkişaf etdirilir:

"Bu günlərdə Gürcüstan və Türkiyədən gələn iş adamlarımız ATUİAB-da qonaq oldular. Onlarla Özbəkistandaki gələcək iş həyatları haqqında müzakirələr apardıq".

Ruslan İmanzadə deyib ki, birgə fəaliyyətlər çərçivəsində yeni Özbək-Türk şirkətlərinin açılmasına doğru addımlar atılır.

Süleyman
Xəbəri paylaş