Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransaya avtomobil ixracı azalıb

Fransaya avtomobil ixracı azalıb


Türkiyədən Fransaya avtomobil ixracı azalıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, cari ilin 3 ayında ən çox minik avtomobilinin satıldığı ölkə olan Fransaya ixracatda azalma qeydə alınıb. Məlumata görə, bu rübdə keçən ilin eyni dövrünə görə Fransaya avtomobil ixracı 11 faiz azalaraq 410 milyon 415 min dollara düşüb.

2023-cü ilin yanvar-mart aylarında 225 milyon 304 min dollarlıq minik avtomobili ixrac edildiyi İtaliyaya ixrac iəs bu ilin eyni dövründə 58,5 faiz artaraq 357 milyon 286 min dollara çatıb.

Böyük Britaniya, ilin ilk rübündə 9,64 faiz artımla 328 milyon 331 min dollarla minik avtomobili ixracatında üçüncü olub.

Əlcəzair, Avstraliya və Misirə də 3 ay ərzində yüksək ixrac artımı qeydə alınıb.

Natiq Orucov
Xəbəri paylaş