Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan nümayəndə heyəti Azərbaycana gəlib

Özbəkistan nümayəndə heyəti Azərbaycana gəlib


Özbəkistan Kimya Texnolgiya Universitetinin rektoru, professor Botır Usmonovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Newscenter.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə rektorla yanaşı, adıçəkilən təhsil ocağının prorektoru Anvar Şernaev və universitet rektorunun müşaviri Ruslan İmanzadə daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat İnstitutunda, eləcə də Bakıdakı "Zirvə" Liseyində görüşlər keçirəcək.

Özbəkistan nümayəndə heyətinin Bakı ilə yanaşı Sumqayıta da səfəri baş tutacaq. Səfər çərçivəsində Sumqayıt Dövlət Universiteti, buradakı İqtisadiyyat Nazirliyinin nəzdindəki İqtisadi Zonaların İnkişaf Agentliyi Peşə Təhsil Mərkızində görüşlər təşkil olunacaq.

Süleyman
Xəbəri paylaş