Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kontinental taxıl şəbəkəsi yaradılacaq

Kontinental taxıl şəbəkəsi yaradılacaq


Tatarıstan ərazisində kontinental taxıl şəbəkəsi yaradılacaq.

Newscenter.az RİA-Novostiyə istinadən bildirir ki, bu barədə müzakirə Tatarıstanın baş naziri Aleksey Pesoşin və “Yeni Kontinental Taxıl Dəhlizi” şirkətlər qrupunun baş direktoru Yuri Maneviç XV KazanForum beynəlxalq iqtisadi forumu çərçivəsində aparılıb.

Tərəflər Tatarıstan ərazisində kontinental taxıl şəbəkəsinin yaradılması haqqında saziş imzalayıblar.

Müqavilə Tatarıstanda taxılın yüksək sürətli ötürülməsi üçün illik 8 milyon ton gücündə ixtisaslaşdırılmış yüksək texnologiyalı obyektin yaradılmasını nəzərdə tutur.

Quru taxıl qovşağı “Taxıl+” logistika modelinin inkişafı və quru yüklərin dəmir yolu ilə daşınması texnologiyasının təkmilləşdirilməsi çərçivəsində Den Syaopin Beynəlxalq Logistika Kompleksinin yaxınlığında yerləşəcək.

Natiq Orucov
Xəbəri paylaş