Türkiyədə sağlamlıq turizmində 2028-ci il hədəfi 7 milyard dollardır.
Newscenter.az xəbər verir ki, bunu Xidmət İxracatçıları Birliyinin (HİB) baş katibi Fatih Özer deyib.
Fatih Özer 2023-cü ildə Türkiyəyə sağlamlıq məqsədi ilə gələn turistlərin 2,3 milyard dollar dəyərində xidmət aldığını deyib.
İstanbul Turizm Sərgisi Türkiyədən və dünyadan turizm peşəkarlarını bir araya gətirdi. Sərgidə iştirak edən HİB, açdığı stenddə Türkiyədəki xidmətlərini tanıtdı.
Xidmət İxracatçıları Birliyinin (HİB) baş katibi Fatih Özer, "Sağlamlıq turizminin yüksək əlavə dəyəri olan səyahət növlərindən biri olduğunu ifadə edərək, “Bu mənada baxdığımızda sağlamlıq turizmi və idman üçün Türkiyəyə gələnlər turizm yüksək miqdarda xarici valyuta buraxaraq ölkəmizin cari açığına əhəmiyyətli dərəcədə qatqı təmin edir",-deyə bildirib.
Mehman Mehdiyev