Avropa Yenidənqurma və İnkişaf Bankı yaxın illərdə “yaşıl iqtisadiyyat”ın tələblərinin ödənilməsi çərçivəsində Qazaxıstana 2 milyard avro sərmayə qoymağı planlaşdırır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə bankın prezidenti Odil Renault-Basso Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevlə görüşündə bildirib.
Odile Renault-Basso bildirib ki, bank Qazaxıstanın investisiya layihələrini diqqətlə öyrənəcək və gələcəkdə infrastrukturun inkişafına dəstəyini davam etdirəcək.
Qeyd edək ki, bu il Avropa Yenidənqurma və İnkişaf Bankı Qazaxıstanda 22 layihənin həyata keçirilməsinə 650 milyon dollar ayıracaq.
Söhbət zamanı iqtisadiyyatın mənzil-kommunal sektoru, kiçik və orta biznes, maliyyə, energetika, tibb, kənd təsərrüfatı, nəqliyyat infrastrukturu və informasiya texnologiyaları kimi müxtəlif sahələrində birgə investisiya layihələrinin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
Anar Əliyev