Türkiyədə daha 88 qeyri-qanuni miqrant saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Muğla sahillərində qeydə alınıb.
Belə ki, Muğlanın Marmaris və Fethiye rayonlarında xilasedici salda olan 88 qeyri-qanuni mühacir batmaq təhlükəsindən xilas edilib. Onlardan 37-si uşaq olub.
Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Marmaris sahillərində xilasedici sallarda qeyri-qanuni mühacirlərin olması xəbəri üzərinə bölgəyə qruplar göndərilib.
Komandalar Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına itələndiyi müəyyən edilən 3 xilasedici salda 38-i uşaq olmaqla 88 qeyri-qanuni immiqrantı xilas edib.
Fethiye rayonu sahillərində isə Sahil Mühafizəsinin botu tərəfindən aşkarlanaraq dayandırılan rezin qayıqda 9-u uşaq olmaqla 17 qeyri-qanuni mühacir tutulub.
Mehman Mehdiyev