Bakı şəhəri Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar 18 oktyabr tarixindən başlayan ağacəkmə aksiyası davam etdirilir.
Newscenter.az-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, tTərtib olunmuş tədbirlər planına əsasən rayonun ayrı-ayrı ərazilərində bu günə qədər 10 mindən artıq ağac, gül kolları, çiçək əkilmişdir.
Bu gün keçirilən növbəti ağacəkmə aksiyası çərçivəsində Mir Cəlal küçəsi boyunca park və yaşıllıq zolağında 2000-dən artıq dekorativ gül kolları və çiçəklər, 450-ə yaxın müxtəlif növ həmişəyaşıl ağac əkilmişdir. Ağacəkmə aksiyası oktyabr ayının 28-dək davam etdiriləcəkdir.
Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının, rayonun idarə, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Ruhiyyə Mehdiyeva