"Bu gün Gürcüstan hökuməti 2008-ci ildə baş verən proseslərdən dərs alaraq Rusiya ilə dialoq qurmaqdan yana mövqe sərgiləyir. Ancaq bu mövqe Vaşinqton tərəfindən müsbət qarşılanmır".
Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə Gürcüstanda baş verən prosesləri şərh edərkən səsləndirib. O bildirib ki, Moskvaya qarşı ikinci cəbhənin Gürcüstan və Ermənistan üzərindən açılmasını planlaşdıran Qərb, qeyd etdiyim istiqamət üzrə fəaliyyətini artırmada davam edir:
"Məhz bu səbəbdən Gürcüstan hadisələri dünya gündəminin başlıca mövzuları arasında qərarlaşır".
Pərviz Mirizadə deyib ki, hadisələr Gürcüstan seqmentində Qərb müxalifət tərəfində qərarlaşsa da, Ermənistan seqmentində onlar iqtidar Nikol Paşinyan və komandasının yanında mövqe tutmaqdadır:
"Kilsə və radikal müxalifət isə Rusiyanın maraqları kontekstindən çıxış edir, analoji istiqamət olan Azərbaycan-Türkiyə düşmənçiliyi qabardaraq hakimiyyət dəyişikliyi etmək istəyir".
Süleyman