Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin şirkətləri ilə enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Çin şirkətləri ilə enerji sahəsində əməkdaşlıq müzakirə edilib


Energetika naziri Pərviz Şahbazov “China Southern Power Grid Company” və “Powerchina Huadong Engineering Corporation Limited” şirkətlərini təmsil edən Avrasiya Regionu üzrə baş menecer Zhu Bonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Newscenter.az xəbər verir ki, görüşdə ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi çərçivəsində cari onillik ərzində mövcud elektrik enerjisi şəbəkəsinə inteqrasiya ediləcək yaşıl güclər barədə məlumat verilib.

Qarşı tərəfin batareya tipli və hidroenerji əsaslı enerji saxlanc sistemlərinə dair təkliflərini özündə ehtiva edən təqdimatı dinlənilib. Hər iki texnologiyanın spesifik xüsusiyyətləri nəzərdən keçirilib, saxlanc sistemlərinin Azərbaycanda külək və günəş stansiyaları ilə birgə tətbiqi müzakirə edilib.

Süleyman
Xəbəri paylaş