Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AMEA-da “Dibanü lüğat-it-türk”-950″ mövzusunda beynəlxalq elmi konfrans keçirilib

AMEA-da “Dibanü lüğat-it-türk”-950″ mövzusunda beynəlxalq elmi konfrans keçirilib


İyunun 28-də Bakıda “Mahmud Kaşğari “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə baş tutdu.

Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq əsərin türk dünyası və ümumbəşəri əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın keçirilib. Bu qurultayda bir çox məsələyə toxunulub, o cümlədən, latın əlifbasına keçidlə bağlı qərar qəbul edilib. Akademik İsa Həbibbəyli yenidən aktual olan türk dövlətlərinin ortaq əlifbasının yaradılması, türkoloji elmlər sisteminin inkişaf etdirilməsi, inteqrasiyanın genişləndirilməsi məsələlərini 2026-cı ildə keçiriləcək İkinci Türkoloji Qurultaya töhfə kimi dəyərləndirdi.

AMEA prezidenti çıxışında bir faktı da bildirdi. “Divanü lüğat-it-türk” əsərini ilk dəfə ərəb dilindən Azərbaycan dilinə özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayev tərcümə edilib. X. S. Xocayev bu kitabın tərcüməsinə görə 1937-ci ildə “əks-inqilabi pantürkist təşkilatın üzvü kimi Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq güllələnməyə məhkum edilib. Əsəri o vaxtdan itmiş hesab olunurmuş. Amma 86 ildən sonra – 2023-cü ildə Dilçilik İnstitutunun arxivindən tapılır.

Akademik İsa Həbibbəyli mart ayında ADA Universitetində kitabın təqdimatının keçirildiyini, həmçinin iyunun 24-də Qırğızıstanın Bişkek şəhərində “Yazılışının 950-ci ildönümündə “Divanü lüğat-it türk: Türk dünyasının ortaq dəyəri” mövzusunda beynəlxalq konfransın təşkil olunduğunu diqqətə çatdırıb. AMEA rəhbəri dekabrda isə “Divanü lüğat-it-türk”ün 950 illik yubileyinin UNESCO səviyyəsində qeyd olunacağını vurğuladı.

Tədbirdə Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Türk Dil Qurumunun rəhbəri professor Osman Mert və Özbəkistan Respublikası Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru professor Bahrom Abduxalimov çıxış edərək “Divanü lüğat-it-türk”ün dəyərindən söz açıb, fikirlərini bölüşdülər.

Daha sonra akademik Nizami Cəfərovun, professorlar Mahirə Hüseynova və İsmayıl Kazımovun mövzu ilə bağlı məruzələri dinlənildi.

Konfransda, həmçinin Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev, şair-tərcüməçi Elxan Zal Qaraxanlı, tənqidçi və ədəbiyyatşünas Əsəd Cahangir çıxış etdilər.
Xəbəri paylaş