Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT-nin baş katibi Qazaxıstana gəlib

BMT-nin baş katibi Qazaxıstana gəlib


BMT-nin baş katibi Antonio Quterreş Qazaxıstana rəsmi səfərə gəlib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki,
Antonio Quterreş səfər çərçivəsində Almatı və Astanada olacaq, Qazaxıstan prezidenti, digər yüksək vəzifəli şəxslər və BMT əməkdaşları ilə görüşəcək.

İyulun 4-də isə BMT-nin baş katibi Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək və çıxış edəcək.

Qeyd edək ki, Quterreş ikinci dəfədir ki, Qazaxıstana rəsmi səfər edir. O, ilk səfərini 2017-ci ildə edib.

Fuad Hüseynzadə
Xəbəri paylaş