Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hesablama Palatası Milli Məclisin İşlər İdarəsində audit aparıb

Hesablama Palatası Milli Məclisin İşlər İdarəsində audit aparıb


Hesablama Palatası 2024-cü il üzrə İş planına uyğun olaraq Milli Məclisin İşlər İdarəsində dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparıb.

Newscenter.az Palataya istinadən xəbər verir ki, audit 2023-cü il və 2024-cü ilin ilk üç ayında icra edilmiş 66,1 mln. manat vəsaiti əhatə etmişdir.

Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün kafi əminliyi formalaşdırıb.

Hesablama Palatasının müvafiq Kollegiya qərarı ilə auditin nəticələri üzrə Auditor hesabatı təsdiq edilib. Hesabatda dövlət vəsaiti və əmlakının istifadəsinin hüquqi aktların tələblərinə əsasən uyğun olması ilə bağlı Rəy ifadə edilib. Bununla yanaşı, düzgün təsnifləşdirilməmiş aktivlər üzrə mühasibat yazılışları verilməklə düzəlişlərin edilməsi, amortizasiya normalarının müvafiq təlimata uyğun hesablanılması və qeyd olunan düzəlişlərin maliyyə hesabatlarında nəzərə alınmasının zəruriliyi bildirilib.
Xəbəri paylaş