Çin Tacikistanla təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin deyib. O qeyd edib ki, tərəflər hüquq-mühafizə orqanları ilə xüsusi xidmət orqanları arasında mübadilələri gücləndirməlidirlər.
"Çin təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməyə və Tacikistanla hüquq-mühafizə sahəsində mübadilələri genişləndirməyə hazırdır. İki ölkənin inkişafı üçün təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Tərəflər ümumi, kompleks, birgə və davamlı təhlükəsizlik konsepsiyasını birgə həyata keçirməli, hüquq-mühafizə orqanları ilə xüsusi təhlükəsizlik orqanları arasında mübadilələri gücləndirməlidirlər".
Qeyd edək ki, Si Cinpin Tacikistanda rəsmi səfərdədir.
Anar Əliyev