Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlının İranın rəhbəri olması yaxşı bir əlamətdir

Azərbaycanlının İranın rəhbəri olması yaxşı bir əlamətdir


İranda hazırda prezident seçkiləri keçirilir və bu seçkinin nəticəsi ölkəmizdə də yaxından izlənilir. Birinci turdakı müşahidələr göstərdi ki, azərbaycanlı namizəd Məsud Pezeşkian əsasən azərbaycanlılar, talışlar və giləklə yaşayan bölgələrdə üstünlük qazanıb. Səid Cəlili isə ərəblər, kürdlər və farslar yaşayan bölgələrdə öndə idi. Keçən seçkiyə səs salan seçkiyə marağın az olması idi. Əhalinin böyük əksəriyyəti seçkini boykot idi. Seçkinin üçüncüsü olan parlamentin sədri Məhəmməd Bagir Qalibaf gözlənildiyi kimi Səid Cəlinini dəstəklədi. Mühafizəkarlar bu seçkiyə birinci turdan fərqli olaraq vahid namizədlə gedəcəklər. Ancaq bir şeyi unutmayaq ki, seçkini boykot edən rejimlə münasibətləri pis olan islahatçılardır. Əgər bu cinah daha çox insanı, əsasəndə azərbaycanlılar, talışlar və giləklə yaşayan bölgələrdə seçkiyə cəlb edə bilsə o zaman Məsud Pezeşkianın qalibiyyəti asan başa gələcək. Yox əski baş verərsə və bu seçkidə 1 - ci turdakı kimi az insanın iştirakı ilə başa çatarsa o zaman seçkiyə gələnlərin əksəriyyəti mühafizəkar cinaha mənsub olanlar olacaq və Cəlili İranın yeni prezidenti seçiləcək. Hər ikisi, həm Cəlili, həm Pezeşkian Xamneyiyə sərf edir. Çünki ikisidə bürokratik aparatda və SEPAH içərisində nüfuzlu olan siyasətçi deyil. Buda ona kömək edəcək ki, asan şəkildə hakimiyyəti varisinə ötürsün. Azərbaycanlının İranın rəhbəri olması əlbətdə yaxşı bir əlamətdir, ancaq gəlin nəzərə alaq ki, onların hər ikisi rejimin yetirmələridir və ona xidmət edəcəklər. İstənilən halda ən böyük arzumuz bu seçkinin bütün region üçün xeyirli olmasıdır.

Zeynal Əmrəliyev-politoloq
Xəbəri paylaş