Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

FİFA nəyi araşdırdı?

FİFA nəyi araşdırdı?


Türkiyə millisinin futbolçusu Merih Demirala Avropa çempionatında iki oyun diskolifikasiya cəzası verildi, UEFA tərəfindən. Səbəb ,, Bozqurd,, işarəti göstərməsidir. Sən demə, ,, Bozqurd,, işarəti irqçilik və qatı millətçilik işarətiymiş. Bu çocuk bilsəydi bu, bu qədər səs küyə səbəb olacaq, inanın ki, bunu etməzdi. Həmçinin Merih Avropa klublarında uzun müddət oynamış bir futbolçudur və hazırda Ərəb ölkələrinin birində yüksək səviyyəli komandalardan birində öz futbol karyerasını davam etdirir. Həyat yoldaşı yarı isveçrəli,yarı türkdür.İki övladının adları və həyat yoldaşının adı belə alman adlarıdır. Həmçinin yoldaşı və övladları İsveçrə vətəndaşlarıdır. Qəribədir, bu qədər Avropa ölkələrinə yaxın olan bir adam nə üçün birdən-birə kəskin şəkildə aşırı millətçi və yaxud da irqçi olsun ki? Almaniya hökumətinin şikayəti əsasında Türkiyə millisində qollar vuran Merih Demirala cəza tətbiq edən FİFA görəsən nəyi araşdırdı? Əslində bu bir kindir və olub bitənlər kindən meydana gələn qərarlardır və sairə. Demək istədiyim odur ki, bu bir futboldur, idman növüdür. Avropanın xüsusi siyasi dairələrinin əksəriyyətində bütün sahələri əhatə edən bir strategiya var. Bu strategiya dünyanın harasında olursa olsun, Avropa birliyi ölkələrinə hətta qlobal miqyasda xidmət edir və əslində əsl mənada irqçilik və qatı millətçi addımlar, qərarlar, sloqanlar məhz Avropa ölkələrindən başlayır. Bu səbəbdən,, Bozqurd,, işarətini də öz başlarına uyğun şəkildə yozdular və ən azından Türkiyə milli komandasının ən yaxşı qol vuran futbolçularından birini iki oyun meydandan kənarda qoymağa nail oldular.

Çingiz Şahbazi, ekspert
Xəbəri paylaş