Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayevin “Dostumuz, müttəfiqimiz” adlı kitabının təqdimatı oldu - Fotolar

Vaqif Abdullayevin “Dostumuz, müttəfiqimiz” adlı kitabının təqdimatı oldu - Fotolar


Siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin “Dostumuz, müttəfiqimiz” adlı yeni kitabının təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan-İsrail əlaqələrindən bəhs edən kitabın təqdimatı iyulun 2-si “Atatürk Mərkəzi”ndə baş tutub.

Belə ki, kitab Azərbaycan dili ilə yanaşı “Azərbaycan-İsrail” Cəmiyyətinin təşəbbüskarlığı sayəsində həm də ivrit dilində nəşr edilib.

Kitab haqqında məlumat verən Vaqif Abdullayev bildirib ki, burada Azərbaycan və İsrail arasındakı tarixi dostluq əlaqələrinə diqqәt yetirilib: “Dostluq olmayan yerdə müttəfiqlik də olmur. Azərbaycan-İsrail dövlətləri arasında da müttəfiqlik xalqlarımızın möhkəm dostluğuna əsaslanır. İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunuq.

İsrail Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri olub. Doğrudur, 1992-ci ilin aprelində diplomatik əlaqələr quruldu, lakin siyasi münasibətlər 1993-cü ildən sonrakı dövrə təsadüf edir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə, eləcə də müstəqil respublikamıza rəhbərlik etdiyi dövrdə İsrail və Azərbaycan xalqları arasında tarixi dostluğun inkişafına xüsusi diqqət yetirib. Eləcə də Prezident İlham Əliyev də İsrail dövləti ilə münasibətlərə xüsusi önəm verib. Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın humanizm diplomatiyasında İsrail xalqına və mədəniyyətinə yüksək hörmətin bariz ifadəsini görmək mümkündür.

Çox təəssüf ki, hazırda İsrail-Fələstin münaqişəsi baş verir. Bizim mövqeyimiz onlar arasında tezliklə sülhün bərqərar olunmasıdır”.

Təqdimatda kitabın redaktoru, siyasi elmlər doktoru Moisey Bekker, xalq şairi Nəriman Həsənzadə, Yəhudi icmasının rəhbərləri, hüquq müdafiəçisi, sabiq millət vəkili Çingiz Qənizadə və başqa ziyalılar iştirak edib.

Onlar öz çıxışlarında Vaqif Abdullayevin yaradıcılığından söz açaraq kitab haqqında da fikirlərini bölüşüblər.

Xəbəri paylaş