Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kanada yanğınlarla mübarizədə 4 ölkədən kömək alacaq

Kanada yanğınlarla mübarizədə 4 ölkədən kömək alacaq


Kanadada baş verən meşə yanğınlarının qarşısını almaq üçün 4 dövlət ona kömək edəcək.

Newscenter.az Kanada mediasına istinadən bildirir ki, Cənubi Afrika, Avstraliya, Meksika və Yeni Zelandiyadan olan yanğınsöndürmə qrupları Kanadanın Alberta və Britaniya Kolumbiyası əyalətlərində yanğınların söndürülməsinə kömək etməyə gedəcək.

Kanadanın baş naziri Castin Trudeau X hesabında verdiyi açıqlamada Albertanın Jasper bölgəsində yanğınlarla mübarizənin davam etdiyini bildirib.

Cənubi Afrika, Avstraliya, Meksika və Yeni Zelandiyadan 400-dən çox yanğınsöndürmənin Alberta və Britaniya Kolumbiyasındakı yanğınlarla mübarizəyə dəstək vermək üçün bölgəyə gələcəyi barədə məlumatı paylaşan Trüdo yanğınla mübarizə aparan qruplara təşəkkür edib.

Jasper Milli Parkı ətrafında evakuasiya səyləri davam edərkən, İqlim Nazirliyinə bağlı Kanada Parklarının internet saytında edilən elanda parka girişin ən azı avqustun 6-na qədər qadağan edildiyi bildirilib.

"New York Times" qəzetinin məlumatına görə, Jasper Milli Parkında təxminən 363 kvadrat kilometr ərazinin yanğın nəticəsində məhv olduğu təxmin edilir.

Mehman Mehdiyev
Xəbəri paylaş