AMİP-in parlament partiyası olması zamanın tələbi və xalqın seçimi idi.
Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu parlament seçkilərinin nəticələrini dəyərləndirərkən deyib. O bildirib ki, seçkilər daha demokratik və şəffaf keçirilsəydi partiya daha çox mandat qazana bilərdi:
"Lakin bununla belə AMİP-in parlamentdəki fəaliyyətinin uğurlu və keyfiyyətli olacağı şübhəsizdir. Partiya əvvəlki parlamentdə təmsil olunarkən zəngin təcrübəyə malik olub və qanun yaradıcılığında aktiv iştirak edib".
Əli Oruclu qeyd edib ki, partiyanın parlamentdə qanun yaradıcılığı sahəsində görəcəyi çox böyük işlər var:
"İlk növbədə xalqın maraqlarını təmin edən məsələlər prioritet olacaq. Mən əminəm ki, partiyanın parlamentdə təmsilçiliyi bir etalon olacaq".
Süleyman