Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan hər zaman sözünə sadiqdir

Azərbaycan hər zaman sözünə sadiqdir


"Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiqdir. Əfsuslar olsun ki, qarşı tərəf atəşkəsə tam əməl etməyib".

Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Arif Həsənov deyib. O bildirib ki, atəşkəs elan olunandan sonra da bizim mövqelərimiz atəş altına düşmüşdür:

"Buna baxmayaraq, prinsip etibarilə bizim şərtlərimiz tam qəbul olundu. Artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesi başlamışdır. Onlar bizim şərtimizi qəbul edərək silahların da təhvil verilməsinə başlamışlar. Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasında maraqlıdır və üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir".

Mehman Mehdiyev
Xəbəri paylaş