Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyalı səfir XİN-ə çağırıldı

Rusiyalı səfir XİN-ə çağırıldı


Britaniya 6 diplomatın ölkədən çıxarılmasından sonra Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Newscenter.az Reuters-ə istinadən bildirir ki, Rusiyanın Londondakı səfiri Andrey Kelinə Moskvanın İngiltərəyə qarşı əsassız hücum kampaniyası bildirilib, o cümlədən keçən həftə Britaniya diplomatlarına qarşı pis niyyətli və tamamilə əsassız ittihamlar irəli sürüldüyü diqqətə çatdırılıb.

Rusiyalı səfirə bu münasibətin Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərinə birbaşa zidd olduğu bildirilib.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) sentyabrın 13-də verdiyi açıqlamada, casusluq və ölkənin təhlükəsizliyinə təhdid törətməkdə şübhəli bilinən 6 ingilis diplomatın Moskvadakı akkreditasiyasının ləğv edildiyi açıqlanıb.

Anar Əliyev
Xəbəri paylaş