.
"Bu bir danılmaz faktdır ki, Azərbaycanın bu günkü inkişafı, əldə etdiyi tərəqqinin təməlində Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti dayanır. Məhz ümummilli liderin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra ölkəmiz davamlı siyasi sabitlik, uğurlu siyasi və iqtisadi nailiyyətlərə imza atdı. Azərbaycanın bu günkü inkişafının təməlində də məhz qeyd edilən amil dayanır".
Newscenter.az xəbər verir ki, bunu "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib. İctimai Birlik sədri qeyd edib ki, 1993-cü il, oktyabrın 3-də Ümumilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın prezidenti seçilməsi ilə ölkəmiz davamlı siyasi sabitlik, uğurlu siyasi və iqtisadi tərəqqiyə doğru irəliləməyə başladı:
"31 il əvvəl Azərbaycan xalqı doğru-düzgün seçim edərək ölkəmizin gələcəyini Ulu Öndərə həvalə etmiş oldu. Azərbaycan xalqı doğru seçim etmişdi. Çünki vətəndaş müharibəsi təhlükəsindən yenicə xilas olmuş Azərbaycanı məhz Heydər Əliyev kimi dünya şöhrətli siyasətçi, fenomen lider xoş gələcəyə apara, respublikada uğurlu inkişafina nail ola bilərdi. Bu səbəbdən xalqın seçimi çox düz idi".
Arzuman Muradlı deyib ki, Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Cənab Prezident İlham Əliyev də 1993-cü ildə təməli qoyulmuş Azərbaycanın inkişaf modelini zərgər dəqiqliyi ilə icra edir və ölkəmiz Cənab İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara imza atır.
Süleyman