Milli Məclisin deputatı Günay Ağamalının Neftçala rayonunun Qaraqaşlı kənd Sənətkarlıq evində sakinlərlə görüşü keçirilib.
Newscenter.az xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib. Daha sonra millət vəkili qısa müddət ərzində görülmüş işlər və həllini tapmış problemlər haqqında görüş iştirakçılarına məlumat verib.
Ardınca, Günay Ağamalı seçicilərin qaldırdığı cari problemləri və təklifləri dinləyib, onların həlli istiqamətində zəruri işlərin görüləcəyini diqqətə çatdırıb.
Süleyman