Qarbağ müharibəsi iştirakçısı, Prezident İlham Əliyev tərəfindən döyüşdə göstərdiyi igidliyə görə iki medalla təltif edilmiş, Sumqayıt şəhər, Yaşıldərə yaşayış massivinin sakini Nəsib Kərimli dövlət başçısına, eləcə də Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib.
Redaksiyamıza daxil olan məktubda Nəsib Kərimli “Azərişıq” rəhbərliyi, eləcə də onun yerli qurumlarının özbaşınalıqlarından şikayətlənir.
Şikayət müəllifi yazır ki, Sumqayıt Yaşıldərə ərazisində 6 sot ərazidə sənədli və kupçalı evi var:
“Həmin həyətdə 85 yaşlı anam və qardaşımın yoldaşı Kərimova Leyla və oğlu yaşayır. Onu da qeyd edim ki, qardaşım oğlu idmançıdır, dəfələrlə vətəndən kənarda qazandığı uğurlarla Azərbaycan bayrağını qaldırıb. Cari il, 25 noyabrda mənzilə işıq çəkdirmək üçün müraciət etdik. Dekabrın 5-də bildiriş gəldi ki, sayğac qoyulması üçün 160 manat ödəniş etmək laızmdır”.
Nəsib Kərimli yazır ki, dekabrın 7-də qeyd edilən məbləğin ödənişini etmək üçün Səhmdar Cəmiyyətin 11 rayon üzrə kuratoru olan səbuhi Səfərovla görüşüb:
“Lakin Səbuhi Səfərov bildirdi ki, 160 manatı ödəmək olmaz. Çünki ananla yaşadığı evin arakəsməsi yoxdur. Onun üçün icazə vermədi. Səbuhi Sədərovun gözünü pul örtüb, ona görə də bizə zülmlər edir. Özü Sumqayıt şəhərində dəniz kənarında Mirvari Siti MTK-dan ev alıb. Görən hansı pulla, hansı maaşla həmin evin kreditini ödəyir ?”.
Şikayət müəllifi qeyd edir ki, Səbuhi Səfərovun kifayət qədər qeyri-qanuni əməlləri var:
“Boş torpağa kod açırlar, sonra həmin sayğaclar satılır başqa yaşayış olan evlərə. Budurmu haqq-ədalət ? Mənim imkanım yoxdur ki, evimi arakəsmə edəm”.
Müraciət müəllifinin sözlərinə görə, Səbuhi Səfərov informasiya şöbəsinin rəisidir vəzifəsi komputerlərə nəzarətdir:
“Bu işin onun daşıdığı vəzifəyə heç bir aidiyyatı yoxdur. Ona bu işləri görməyi kim tapşırıb ? İşıq idarəsində savadlı energetik yoxdur ki, komputerlərə baxan evlərə baxış keçirir?
Mənim Sizdən xahişim budur ki, belə vəzifəli şəxslər bu dövlətə, işıq idarəsinə ləkədir. Səbuhi 11 rayona və sayı bilinməyən kəndlərə necə rəhbərlik edir?. Belə insanlar şərəfli kresloda oturmalı deyil. Çünki bizim kimi vətəndaşlara qan uddururlar”.
P.S.Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq
Anar Əliyev