Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Mahir Süleymanlı vətəndaş qəbulu keçirib

Millət vəkili Mahir Süleymanlı vətəndaş qəbulu keçirib


Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunun Ağalıq kəndində növbəti vətəndaş qəbulu keçirub.

Newscenter.az xəbər verir ki, görüş zamanı kənd sakinlərinin su, qaz təchizatı, eləcə də məşğulluq və işsizliklə bağlı bəzi problemləri dinlənilib. Səsləndirilən məsələlərin bir qismini yerindəcə həll edilib, digərlərini isə millət vəkili qeydə alaraq səlahiyyətləri çərçivəsində həllinə çalışacağını bildirub.


Millət vəkili Mahir Süleymanlı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrinə, qazilərimizə, vətəndaşlarımıza göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb.

"Vətəndaşlarımız göstərilən diqqət və qayğıya görə dövlətimizin rəhbərliyinə təşəkkürlərini bildirdilər",-deyə Mahir Süleymanlı bildirib.




Süleyman İsmayilbəyli
Xəbəri paylaş