"Bakı insanyönümlü şəhər olmaqdan çıxıb. Əvvəllər tıxaclar səhər və axşam müəyyən saatlarda olurdu. İndi artıq tıxacın saatı yoxdur".
Newscenter.az xəbər verir ki, bunları gənc fəal Sevinc Qarakişiyeva deyib. O bildirib ki, şəhər 24 sutka ərzində tıxacdadır:
"Hazırda yeganə optimal variant ictimai nəqliyyat, yəni avtobuslardır".
Sevinc Qarakişkiyeva onu da deyib ki, şəhərdə avtobus zolağı çəkərkən digər nəqliyyat vasitələrini əməlli-başlı gözümçıxdıya salıblar:
"Taksi və ya şəxsi nəqliyyat vasitəsinə əyləşmək üçün özünü mütləq avtobusun qarşısına atmalısan".
Anar Əliyev