Paytaxtın Nizami küçəsindən mərhum Azərbaycan şairi Rəsul Rzanın ev muzeyi lövhəsi vurulmuş binanı hostel ediblər.
Newscenter.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən biri foto paylaşıb.
Məsələ ilə bağlı mövqeyini bildirən araşdırmaçı jurnalist Zaur Əliyev bu kimi halları mənfi qarşıladığıını deyib.
O, "Atasının papağı və qavalını satan nazir olub bu ölkədə, Yazıçılar Birliyinin sədri də belə olacaq",-deyə vurğulayıb.
Anar Əliyev