Türkiyənin ədliyyə naziri Yılmaz Tunç və onu müşayiət edən nümayəndə heyəti Azərbaycana gəlir. Türkiyəli nazirin rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt Bakıda mühüm görüşlər keçirəcək.
Newscenter.az Türkiyənin Ədliyyə Nazirliyinə istinadən bildirir ki, səfər çərçivəsində keçirilən görüşlərin nəticəsi olaraq iki ölkə arasında “Cinayətin İcrası və Probasiya Sistemləri Sahəsində Bacarıqların Gücləndirilməsinə dair Anlaşma Memorandumu” imzalanacaq.
Ədliyyə naziri Yılmaz Tunçun Bakı proqramı Azərbaycanın keçmiş prezidenti, ümummilli lider Heydər Əliyevin məzarını və Türk Şəhidliyini ziyarəti ilə başlayacaq.
Səfər çərçivəsində nazir Tunç Azərbaycanın ədliyyə naziri cənab Fərid Əhmədov ilə görüşəcək.
Sonra ədliyyə naziri Tunç Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, baş prokuror Kamran Əliyev və Ali Məhkəmənin sədri İnam Kərimov ilə görüşəcək.
Süleyman