Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyanı idarə etmək istəyən ölkələr beynəlxalq hüququ ayaqlar altına atırlar

Dünyanı idarə etmək istəyən ölkələr beynəlxalq hüququ ayaqlar altına atırlar


Dünyanı idarə etmək istəyən ölkələr beynəlxalq hüququ ayaqlar altına atır, sabitlik yaranmaqda olan bölgələrdə yeni bur gərginlik yaratmaq istəyirlər.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov ABŞ Konqresinin bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə müraciətinə münasibət bildirərkən səsləndirib. Millət vəkili qeyd edib ki, ölkəmizə qarşı çirkin qərarlar qəbul etmək istəyənlərə qarşı adekvat addımlar atılmalıdır:

"Öz ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan torpaqları azad etmək nə vaxtdan cinayət olub?".

Azər Badamov təəssüf hissi ilə qeyd edib ki, daxildəki mənfur qüvvələr də okeanın o tayından sərgilənən antiAzərbaycan siyasətinə dəstək nümayiş etdirilər.

Süleyman
Xəbəri paylaş